Kataloq
Bütün kateqoriyalar

Alıcı razılaşması

ALICI RAZILAŞMASI

 

ALICI RAZILAŞMASI (RAZILAŞMA) – bu sənəddə onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər;

ALICI - eMarket.az-ın verdiyi texniki imkanlar vasitəsi ilə və elektron ödəniş edərək portalda qeyd olunmuş mal və xidmətləri sifariş edən/alan, həmçinin bu “Alıcı razılaşması”nın şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs;

SATICI – Portalda öz mallarını/xidmətlərini özünün istifadə etdiyi səhifədə onlayn qaydada satan və satış və çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs;

eMarket.az - mal və xidmətlərin satışı məqsədilə özünə aid İNTERNET MAĞAZAda SATICI üçün razılaşdırılmış elektron məkanı təqdim edən hüquqi şəxs (“TEXNOUSTA” MMC);

PORTAL – mal və xidmətlərin onlayın alış-veriş məkanı olan, eMarket.az-a məxsusus “www.emarket.az” internet səhifəsi;

MAL(LAR)/XİDMƏT(LƏR) – PORTALDA yerləşdirilmiş hər hansı mallar, xidmətlər, təchizatlar, materiallar, əşyalar və digər material və əmtəələr (o cümlədən onların quraşdırılması və ya istənilən hissəsi);

SİFARİŞ – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Portaldan mal/xidmət alınması məqsədilə Portalda mövcud olan müvafiq formanın doldurularaq SATICIya elektron formada göndərilməsi;

XÜSUSİ ŞƏRTLƏR

1. Razılaşmanın predmetini ALICI tərəfindən şəxsi və digər məqsədər üçün PORTALDA əks olunan malların/xidmətlərin alınması və digər formada istifadəsində imkan yaradılması təşkil edir. Bu Razılaşma şərtləri PORTALDA cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.

2. SATICI öz mallarının/xidmətlərinin şəxsən PORTAL vasitəsilə satılmasını təmin edir.

3. PORTALDAN mal sifariş edən ALICI bu RAZILAŞMAnın şərtləri ilə tam razılaşdığını bəyan edir.

4. PORTALDA satılan mallar/xidmətlər, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.

5. SATICI alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.

6. Alış o vaxt baş tutmuş sayılır ki, ALICI malın/xidmətin dəyərini kassa çeki və ya alqı-satqını təsdiq edən digər sənəd qarşılığında hər hansı formada (onlayn/nağd) ödəmiş olsun.

7. PORTALDA olan sifariş formasını doldurmaqla ALICI özünə aid əlaqə vasitələri barədə məlumatların SATICI və ya SATICInın müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz etmir. Bura gələcəkdə ALICIya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi aiddir.

8. ALICI sifariş etməklə SATICInın öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və SATICI sifariş ilə bağlı 3-cü şəxslərin bu RAZILAŞMAdan kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır.

9. Sifariş ALICI ilə SATICI arasında bağlanılmış müqavilə hesab olunur və hər iki tərəfin bu Razılaşmadan və qanunsuz hərəkətlərdən irəli gələn zərər və deliktlərə görə eMarket.az / PORTAL məsuliyyət daşımır.

10. “www.emarket.az” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, ALICI günün, ayın, ilin instənilən vaxtı PORTALın xidmətlərindən istifadə edə bilər. PORTALın iradəsindən kənar səbəblərdən dolayı PORTALın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə PORTALIN və SATICInın bu Razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICIya zərər dəyərsə, bu halda PORTAL, və ya SATICI hər hansı məsuliyyət daşımır.

11. PORTAL SATICI tərəfindən satış üçün təqdim olunmuş mal/xidmətlər haqqında məlumatların düzgünlüyünə, habelə SATICI tərəfindən ALICIya aid məlumatlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət daşımır.

12. PORTALDA satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər.

13. PORTALDA görsənməsinə baxmayaraq əgər sifariş verilmiş mal SATICInın anbarında yoxdursa, SATICI bu barədə ən qısa vaxt ərzində ALICIya və PORTALA xəbər verməklə sifarişi ləğv edir. Sifarişin ləğvi nəticəsində ALICIya hər hansı real zərər dəyərsə, buna görə PORTAL məsuliyyət daşımır.

14. ALICI tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə nə PORTAL, nə də ki, SATICI məsuliyyət daşımır.

15. Sifariş verildikdən sonra ALICInın ünvanının məsafəsindən asılı olaraq SATICI sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə ALICIya məlumat verir. Çatdırılma xidməti PORTAL tərəfindən həyata keçirilirsə, bu məlumatları PORTAL verir.

16. Əgər buna obyektiv səbəb varsa, malların/xidmətlərin çatdırılma vaxtı/tarixi SATICI və PORTAL tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

17. Çatdırılma və ya digər problemlər ilə bağlı SATICI PORTALın administrasiyasına öz şikaytlərini elektron qaydada təqdim edə bilər.

18. Mallar/xidmətlərin çatdırılması yalnız Azərbaycan Respublikasının dövlət sərhədləri ilə məhdudlaşır. Digər hallarda Alıcı PORTALA elektron məktub şəklində müraciət göndərməlidir.

19. Digər istək qeyd edilməyibsə sifariş şəxsən alıcıya və/və ya qeyd etdiyi ünvanda olan istənilən 3-cü şəxsə təhvil verilir.

20. Göndərilmiş malı qəbul edən ALICI (və ya 3-cü şəxs) malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir. Baxış keçirdikdən sonra ALICI (və ya 3-cu şəxs) malin çatıdılmasını təsdiq edən sənədi imzalayır və bununla mala dair hər hansı iddia olmadığını bəyan edir.

21. Müvafiq təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan sonra mala dəymiş zərərə görə ALICI məsuliyyət daşıyır.

22. ALICIya təqdim olunan malların üzərində qanunvericiliklə müəyyən olunmuş bütün texniki və s. zəruri sənədlər verilir.

23. PORTALda satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir.

24. Əgər PORTALda malın qiyməti səhv göstərilibsə, SATICI sifarişin edilməsindən asılı olmayaraq malı geri götürüb ödənişi ALICIya qaytarır.

25. PORTALda malın qiyməti SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

26. Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə SATICI və PORTAL məsuliyyət daşımır.

27. SATICI birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. Eyni malı satan başqa SATICInın da eyni endirimi etmək öhdəliyi yoxdur.

28. PORTAL aşağıdakı mülahizyə əsasən ALICInın sifarişini ləğv edə bilər:

29. Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər SATICInın təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər ALICIdan tutulur

30. Qızıl və qiymətli daşlardan hazırlanan məmulatlar, parfümeriya və kosmetik vasitələr, çimərlik geyimləri, alt paltarları və corablar, məişət-kimya məhsulları, şəxsi gigiyena məhsulları, uşaq oyuncaqları, plastik yemək qabları və dəyəri ödənilmiş yararlılıq müddəti ərzində mağazadan çıxarılan ərzaq malları geri qaytarıla bilməz.

31. Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində ALICIya vurulmuş zərərə görə SATICI və ya PORTAL məsuliyyət daşımır.

32. Malın tamlığı, keyfiyyəti, çatdırılması və s. göstəricilərə görə PORTAL ALICI qarşısında məsuliyyət daşımır. ALICI bu cür iddiaları yalnız SATICIya qarşı irəli sürə bilər

33. PORTALdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

34. SATICI öz hüquqlarını 3-cü şəxslərə güzəşt edə bilər.

35. SATICI və PORTALnın ofisləri əmək qanunverciliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.

36. Mallara xidmətlərə dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur.

37. Bu Razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.

38. SATICIya qarşı iddialar SATICInın PORTALdakı əlaqə vasitələri ilə, PORTALa olan iddalarla bağlı isə info@eMarket.az ünvanına yazıla bilər. Müraciətlərə ən qısa vaxt ərzində baxılır.

Menyu
Saytda qeydiyyatdan keç

bonus olaraq 1 ₼ qazan!

Qeydiyyatdan keç

Saytın düzgün işləməsini təmin etmək, kontent və reklamları fərdiləşdirmək, sosial media funksiyalarından istifadə etmək və trafiki analiz etmək üçün kukilərdən istifadə edirik. Sosial media, reklam və analitik partnyorlarımız vasitəsilə saytımızdan istifadəniz barədə məlumat paylaşırıq. Kuki (Cookie) Siyasəti

Aydındır
Hərrac bitmişdir
dəqiqə
saniyə
Seçildi
Əlavə et
Hərrac bitmişdir
Tənzimləmələri gizlə
Bütün tənzimləmələr
Səhifəni silmək istədiyinizdən əminsiz?