Kataloq
Bütün kateqoriyalar

Kuki (Cookie) Siyasəti

Kuki (Cookie) siyasəti eMarket.az

 

Bu bölmədə bizim saytımıza  https://emarket.az (bundan sonra “Sayt”) daxil olarkən hansı kuki faylları yaddaşda saxladığımız, habelə, kukiləri necə söndürmək və təmizləmək haqqında məlumat alacaqsınız. Sayt Texnousta MMC (bundan sonra “biz”).  şirkətinə məxsusdur və onun tərəfindən idarə olunur.  

Bu saytdan istifadəyə davam etməklə Siz bu sənəddə göstərilmiş üsullarla kukilərin istifadəsinə razılıq verirsiniz.

KUKİ (COOKIE) NƏDİR?

Kuki (Cookie) – Sizin brauzerinizdə, yaxud kompüterinizin, planşetinizin və ya mobil cihazınızın yaddaşında saxlanılan kiçik həcmdə olan fayllardır. Kuki (Cookie) Sizin həmin cihazınız, yaxud həmin brauzerdən saytımıza növbəti dəfə həm bir sessiya çərçivəsində (“session cookie”) daxil olmanız zamanı, həm də təkrar daxil olmalar zamanı (“persistent cookie”) Sizi istifadəçi kimi tanımağa imkan yaradır. Bütün digər fayllar oxşar formada fəaliyyət göstərir və biz bu bölmədə bu qəbildən olan bütün faylları bildirmək üçün “kuki (cookie)” sözündən istifadə edirik.

Kukilər (Cookies) – saytın istifadəçiləri haqqında məlumat toplanması üçün geniş yayılmış texnologiyadır. Veb-saytların böyük əksəriyyəti müxtəlif tapşırıqların həlli üçün fayllardan istifadə edir. Biz aşağıdakı məqsədlər üçün fayllardan istifadə edirik:

• Zəruri kukilər (Cookies): bu kuki faylları saytımızın fəaliyyəti üçün tələb olunur, məsələn, bu kukilər (cookies), Sizə saytımızın qorunan bölmələrində qeydiyyatdan keçməyə yaxud onlayn ödəmə xidmətləri istifadə etməyə imkan yaradır.

• Analitik kukilər (Cookies): onların köməyi ilə istifadəçiləri tanımaq və onları saymaq, habelə istifadəçilərin Saytımızda necə hərəkət etdiklərini görmək olur. Bu, bizə Saytın işini yaxşılaşdırmağa, misal üçün, istifadəçilərin axtardıqları məlumatları asanlıqla tapmaqlarına köməklik edir.

• Funksional kukilər (Cookies): bunlar Sizin tərəfinizdən saytımıza qayıdan hallarda Sizi tanımaq üçün istifadə olunur. Bu, bizə saytın məzmununu Sizin üçün fərdiləşdirməyə, Sizi adınızla salamlamağa və ya Sizin üstün tutduğunuz seçəcənəkləri (məsələn, dil yaxud bölgə seçimi) yadda saxlamağa, habelə, digər saytların məlumatlarını, məsələn xəritələri, sosial şəbəkələri tətbiq etməyə köməklik edir.

• Reklam kukiləri (Cookies): bu fayllar Sizin bizim sayta, habelə digər səhifələrə daxil olmağınızı və açdığınız keçidləri qeydə alır. Bu məlumatdan fikrimizcə Sizə maraqlı ola biləcək   reklam və məzmunu olan materialları təqdim etmək üçün istifadə edirik. Bu məqsədlərlə bu məlumatı üçüncü şəxslərə təqdim edə bilərik.

Bu kuki (Cookie) siyasəti Sizə bu Saytda istifadə etdiyimiz xüsusi kukilər (Cookies) haqqında məlumatı təqdim edir.

KUKİLƏRİ (COOKIES) NECƏ İDARƏ ETMƏK YAXUD TƏMİZLƏMƏK OLAR?

Bizim Sayta daxil olduğunuzda tərəfimizdən kukilərin (cookies) istifadə edildiyi barədə Sizə bildiriş göndərilib. Sizə bildiriş göndərmək üçün kuki (cookie) istifadə etməli olduq (bu kuki (Cookie) haqqında daha ətraflı  – aşağıdakı cədvəldə Kuki Banneri (Cookie Banner) altında məlumat verilmişdir). Əgər Siz Saytdan istifadəyə davam edirsinizsə, Saytla işinizi daha rahat etmək üçün “Kuki (Cookie) siyasəti” bölməsində təsvir olunduğuna uyğun olaraq, kompüterinizdə və ya cihazınızdaki əlavə kukilər (cookies) və digər izləmə texnologiyaları yerləşdiriləcəkdir.   Bizim Saytımızdan istifadəni davam etdirməklə və/yaxud bizim Saytdan İstifadə Şərtləri haqqında qaydaları qəbul etməklə Siz bu qəbildən olan kukilərin (cookies) və izləmə texnologiyalarının istifadəsinə razılıq verirsiniz.

Biz Sizin fərdi identifikasiya məlumatlarınızı toplamaq üçün kukilər (cookies) istifadə etmirik. Əgər siz bu Saytda (yaxud digər saytda) quraşdırılmış kukilərin istifadəsini məhdudlaşdırmaq yaxud bloklamaq istəyirsinizsə, bunu brauzerlərin parametrlərində edə bilərsiniz. Bunu necə etməyi öyrənmək üçün brauzerinizdəki “Dəstək” bölməsinə keçid edin. Əgər Sizi ilk növbədə digər saytların kukiləri narahat edirsə, onları http://www.youronlinechoices.com/uk/your-ad-choices saytında söndürə bilərsiniz.

Həmçinin müxtəlif brauzerlərdə kukiləri necə söndürmək haqqında ətraflı məlumat ehtiva edən http://www.allaboutcookies.org/ saytına keçid edə bilərsiniz. Bu saytda Siz öz kompüterinizdə və ya cihazınızdaki kukiləri necə söndürməyi ətraflı öyrənə və kuki texnologiyası haqqında ümumi məlumat əldə edə bilərsiniz. Zəhmət olmasa nəzərə alın ki, bu saytlar bizim şirkətə məxsus deyil və bizim şirkət tərəfindən idarə olunmur, buna görə qeyd olunan ünvanlanlarda istənilən məlumat üzrə hər hansı məsuliyyət daşımırıq.

Nəzərə alın ki, əgər bütün kukiləri bloklasanız saytımızın bəzi bölmələri lazım olduğu kimi işləməyə bilər, yaxud Siz ümumiyyətlə bizim sayta daxil olmaya bilərsiniz.

İSTİFADƏ ETDİYİMİZ KUKİLƏR (COOKIES)

Aşağıda Saytımızda istifadə etdiyimiz kukilərin siyahısı və onların hansı məqsədlə istifadə edilməsi haqqında məlumat təqdim olunur.

ÜÇÜNCÜ TƏRƏFİN KUKİLƏRİ (COOKIES)

Biz bu Saytda öz kukilərini quraşdıra bilən digər provayderlər və tərəfdaş-saytlarla əməkdaşlıq edirik. Biz heç cür kukilərə nəzarət etmirik. Aşağıdakı cədvəldə kənar saytlar tərəfindən quraşdırılmış saytların siyahını təqdim edirik. Bununla yanaşı, bu saytların istifadə etdikləri kukilər haqqında ətraflı məlumat almaq üçün cədvəldə göstərilmiş keçidlərdən istifadə edərək həmin saytların Məxfilik siyasəti ilə tanış olmalısınız.

Bu Saytda işlənən üçüncü tərəfin kukilərinə aşağıdakılar aiddir:

• Analitik kukilər (cookies). Biz saytımızda veb-trafiki təhlil etmək üçün bizə məlumat toplamağa kömək edən kukilərdən istifadə edirik. Kukilərin köməyi ilə toplanmış məlumatlar tamamilə anonimdir. Onlar məlumatların təhlili məqsədilə üçüncü tərəfə verilə bilər, bu təhlil bizə Saytımızın işini yaxşılaşdırmağa kömək edir.

• Quraşdırılmış kənar məzmun. Saytımızda məzmunun müəyyən hissəsi onlayn-xidmətlər (kənar saytlar) tərəfindən təmin olunur. Siz belə məzmunlu səhifəyə daxil olanda, Sizə üçüncü tərəfin kukiləri quraşdırıla bilə

ELEKTRON-POÇTLA GÖNRƏİŞLƏNLƏRİN İZLƏNMƏSİ

Sizə göndərdiyimiz bəzi elektron məktublarda Sizin nə vaxt məktubu açdığınızı və məktubdakı hansı keçidlərə daxil olduğunuzu müəyyən etməyə kömək edən mayak pikseli yaxud izləmə keçidləri kimi bəzi elementlər ola bilər. Bu məlumatları Sizi bizim elektron-poçt göndərişlərimizdə daha çox hansı elementlərin maraqlandırdığını öyrənmək üçün istifadə edirik.

Məktubu silərək pikseli ləğv edə bilərsiniz. Əgər pikseli öz kompüterinizə və ya digər cihaza yükləmək istəmirsinizsə, Siz göndərişi HTML formatı əvəzinə adi mətn formatında almaq funksiyasını seçə bilərsiniz. Həmçinin bizimlə info@emarket.az  elektron poçtu vasitəsilə əlaqə saxlayıb elektron göndərişlərimizə abunəni dayandıra bilərsiniz.

DƏYİŞİKLİKLƏR

Biz istənilən vaxt Kuki siyasətimizi dəyişə bilərik, bununla bağlı Sizə məlumat elektron göndərişlə verilə bilər yaxud Saytımızda yerləşdirilə bilər. İstənilən dəyişikliklər hansının daha  tez baş verməsindən asılı olaraq, elektron məktubun alındığı andan yaxud yenilənmiş sənədin Saytda yerləşdirilməsindən 7 gün ərzində qüvvəyə minir.  Əgər Siz dəyişikliklər edildikdən sonra Saytdan istifadəni davam edirsinizsə, bu, avtomatik olaraq Sizin yeni şərtlərə razılığınızı bildirir.

Menyu
Saytda qeydiyyatdan keç

bonus olaraq 1 ₼ qazan!

Qeydiyyatdan keç

Saytın düzgün işləməsini təmin etmək, kontent və reklamları fərdilşdirmək, sosial media funksiyalarından istifadə etmək və trafiki analiz etmək üçün kukilərdən istifadə edirik. Sosial media, reklam və analitik partnyorlarımız vasitəsilə saytımzdan istifadəniz barədə məlumat paylaşırıq. Kuki (Cookie) Siyasəti

Aydndır
Hərrac bitmişdir
dəqiqə
saniyə
Seçildi
Əlavə et
Hərrac bitmişdir
Tənzimləmələri gizlə
Bütün tənzimlmələr
Səhifəni silmək istdiyinizdən əminsiz?